IMG-LOGO

Azərbaycan Premyer Liqası: Bu gün VII turun oyunlarına yekun vurulacaq

22.09.2024 09:15 7 baxış
IMG

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunlarına yekun vurulacaq.

“Report” xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçiriləcək.

"Səbail"in "Sabah"ı qəbul edəcəyi görüş saat 18:00-da başlayacaq.

Turun qapanış qarşılaşması isə "Sumqayıt"la "Zirə" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək oyunun start fiti saat 20:30-da səslənəcək.

Qeyd edək ki, VII turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, " Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti