Argentinanın San Luis əyalətində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
"Report"un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 183 minə yaxın insanın yaşadığı San-Luis şəhərindən 158 km şimal-qərbdə, zəlzələ ocağı 129 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bizim WhatsApp kanalımıza abunə olun