IMG-LOGO

Türkiyə Superliqası: İstanbul derbisində "Qalatasaray" qələbə qazanıb

21.09.2024 23:47 55 baxış
IMG

Türkiyə Superliqasının VI-cı turunda "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gəlib.

"Report"un məlumatına görə, "Ülkər" Stadionunda baş tutan İstanbul derbisində "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb.

"Fənərbağça"nın qapıçısı Dominik Livakoviç 20-ci dəqiqədə avtoqolla yadda qalıb. "Qalatasaray"ın heyətində Drays Mertens (28) və Lukas Torreyra (59) fərqlənməyi bacarıb. "Fənərbağça"nın heyətində rəqib qapısına yol tapan yeganə futbolçu Edin Ceko olub. O, 63-cü dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, bu nəticədən sonra "Qalatasaray" 18 xalla turnir cədvəlində lider mövqeyini qoruyub saxlayıb. 13 xala malik "Fənərbağça" isə ikinci yerdədir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti