IMG-LOGO

İlanlar məşhur kurort adasını ZƏBT ETDİ

21.09.2024 22:59 4 baxış
IMG

İspaniyanın məşhur kurort adası İbiza at nalı ilanlarının işğalı qarşısında aciz qalıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İbiza Araşdırma İnstitutu (IEE) ilanların bütün adanı zəbt etdiyini təsdiqləyib.

Onlar invaziv növlərdir, buna görə də yayılması İbizanın biomüxtəlifliyi üçün təhlükə yaradır. İnstitutun məlumatına görə, təhlükəli ilanları məhv etmək üçün yerli hakimiyyət orqanlarının və 500 könüllünün səyi kifayət etməyib. Onlar 20 il əvvəl İspaniyadan gələn zeytun ağacları ilə birlikdə adada peyda olublar.

Onların populyasiyasının artması yerli sürünənlərin - Pitiusenian kərtənkələlərin yox olmasına kömək edir. IEE rəsmiləri vəziyyəti "demək olar ki, düzəlməz" adlandırıblar. Bununla belə, onlar bir neçə mümkün həll variantını təklif ediblər: limanlarda gömrük yoxlamalarının gücləndirilməsi, ilanların tələ və siçan yemləri ilə kütləvi tutulmasının təşkili və kərtənkələlər üçün qoruq zonalarının yaradılması.

Xəbər lenti