Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.
"Report" xəbər verir ki, Nürnberq şəhərinin təmsilçisi evdə "Herta" klubu ilə qarşılaşıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının hücumçusu matçın 39-cu dəqiqəsində meydana daxil olmaqla "Nürnberq"də debütünü rəsmiləşdirib. O, zədələnərək meydanı tərk edən Benyamin Qolleri əvəzləyib.
Qeyd edək ki, M.Emrelinin komandası VII turda səfərdə "Hannover"in qonağı olacaq.
Bizim WhatsApp kanalımıza abunə olun