İngiltərənin "Çelsi" və Fil Dişi Sahilinin sabiq hücumçusu Salomon Kalu karyerasını bərpa edib.
"Report" "Koaci"yə istinadən xəbər verir ki, 39 yaşlı forvard ölkəsində "Qaqnoa" klubu ilə anlaşıb.
O, yeni klubunda həm də direktor vəzifəsini tutacaq.
Qeyd edək ki, S.Kalu karyerası ərzində Niderlandın "Feyenoord", İngiltərənin "Çelsi", Fransanın "Lill", Almaniyanın "Herta" və Portuqaliyanın "Botafoqo" klublarında forma geyinib. O, Fil Dişi Sahili millisində meydana çıxdığı 97 oyunda 28 qol vurub.
Bizim WhatsApp kanalımıza abunə olun