IMG-LOGO

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə çatıb

21.09.2024 12:00 3 baxış
IMG

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfəri 15 sutkalıq inzibati həbsə məhkum edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Daha əvvəl Tver məhkəməsi bu məsələ ilə bağlı 6 nəfəri həbs etmişdi.

Beləliklə, iş üzrə inzibati həbsə məhkum olunanların ümumi sayı 19 nəfərə çatıb.

Xatırladaq ki, sentyabrın 18-də “Wildberries” onlayn mağazasının Moskvadakı ofisinin yaxınlığında atışma baş verib. Hadisə nəticəsində 2-si hüquq-mühafizə orqanı əməkdaşı olmaqla, 7 nəfər yaralanıb. 2 nəfər aldığı xəsarətlərdən ölüb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti