IMG-LOGO

Şanlıurfada yol qəzası olub, ölənlər var

21.09.2024 08:01 5 baxış
IMG

Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda motosiklet və sulama maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, idarəetməni itirən motosikletçi nəqliyyat vasitəsini sulama maşının arxasına çırpıb. Nəticədə sürücü və sərnişini hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti