ABŞ-nin vitse-prezidenti, demokratlardan ali dövlət vəzifəsinə namizəd Kamala Harris əsas siyasi rəqibi – respublikaçı Donald Trampla yeni debat raundunun keçirilməsinə nail olmağa çalışır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Corciya ştatında mitinqdə çıxış edərkən bəyan edib.
“Mən daha bir debat keçirməyə çalışıram. Görək nə olacaq”, – Harris bildirib. Vitse-prezident sentyabrın 10-da Filadelfiyada (Pensilvaniya ştatı) Trampla keçirilmiş debatlar barədə danışarkən qeyd edib: “Bu, əyləncəli idi”.
Xatırladaq ki, prezidentliyə namizədlərin müzakirəsi “ABC News”un təşkilatçılığı ilə keçirilib. Keçən həftə Tramp Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina etdiyini söyləyib.
Bizim Telegram kanalımıza abunə olun