IMG-LOGO

Budapeştdə 11 il ərzində ən böyük daşqının pik nöqtəsi gözlənilir

21.09.2024 05:44 41 baxış
IMG

Macarıstanın paytaxtı Budapeştdə daşqının pik nöqtəsinin sentyabrın 21-də gözlənildiyi bildirilir.

“Report” “Infostart”a istinadən xəbər verir ki, Dunay çayında suyun səviyyəsi təxminən 8,5 metrə qədər qalxacaq ki, bu da normadan beş metr yüksəkdir.

Ölkənin Su Təsərrüfatı Baş İdarəsinin rəhbəri İştvan Lanqın sözlərinə görə, şənbə günü axşamadək Dunayın səviyyəsi təxminən 50 sm daha artacaq, bundan sonra su yavaş-yavaş geri çəkilməyə başlayacaq.

“Index” portalının dəqiqləşdirməsinə görə, son 10 ildə çayın səviyyəsi 6 metrdən yuxarı qalxmayıb. Əvvəlki rekord 2013-cü ildə Viqado meydanında qeydə alınıb, o zaman çayda suyun səviyyəsi 891 sm-ə çatıb.

Qeyd edək ki, sentyabrın 18-də Macarıstanın Baş naziri Viktor Orban ölkədə daşqının kritik mərhələdə olduğunu elan edib. Bununla belə, artıq keçən həftəsonundan mərkəzdə Dunayın aşağı sahilləri bağlanıb. Şəhərin şimalında çayın daşmasına hazırlıq işlərinə başlanılıb. Sentyabrın 19-da sahillərindən çıxan Dunay parlament binası yaxınlığındakı sahilləri su altında qoymağa başlayıb. Bina qarşısındakı turistlər üçün skamyalar tamamilə suyun altında qalıb, fənər dirəkləri və işıqforlar isə yarıya qədər suya batıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti