İsrail Livanın “Hizbullah” hərəkatı ilə qarşıdurmanın yeni səviyyəsinə keçib, əvvəlki qırmızı xətlər artıq qüvvədə deyil, indi hər bir radikal İsrail tərəfi üçün qanuni hədəfdir.
“Report” xəbər verir ki, bunu İsrail Baş nazirinin ofisində məsləhətçi Dmitri Gendelman bildirib.
“Şimal sakinlərinin evlərinə təhlükəsiz qayıtmasını müharibənin məqsədlərinə daxil etdikdən sonra İsrail qarşıdurmanın yeni səviyyəsinə keçdi. Artıq keçmiş qırmızı xətlər yoxdur və sərhədlərimizdən şimalda olan “Hizbullah”ın hər bir terrorçusu və ya hər hansı digər düşmən qüvvə bundan sonra qanuni hədəfdir və İsrailə hücum etməkdən imtina etməsə, məhv edilə bilər”, – o teleqramda yazıb.
“Nədənsə “Hizbullah” başçıları başa düşmürdülər ki, İsrailə fasiləsiz hücum etmək və teatral efirlərdə və paradlarda bizə hədə-qorxu gəlmək lazım deyil”, – Gendelman əlavə edib.
Bizim WhatsApp kanalımıza abunə olun