IMG-LOGO

Qurban Qurbanov: "Neftçi" ilə matçda vacib qələbə əldə etdik

20.09.2024 22:31 4 baxış
IMG

Vacib qələbə əldə etdik.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII turunun matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis çox yaxşı komandaya qarşı oynadıqlarını bildirib:

"Rəqibin son nəticələrinə baxdıqda çox ciddi hazırlaşacaqlarını bilirdik. Bunu meydanda hiss etdik. İlk hissədə üç qol vursaq da, fasiləyə yaxın daha çox hücum edən tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinliklər çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Mədəni formada yaxşı azarkeşlik oldu. "Neftçi"yə və Roman Qriqorçuka uğurlar arzulayıram".

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti