“Hizbullah” hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Aqil İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı İsrail ordusunun mətbuat xidməti təsdiqləyib.
“Zərbələr nəticəsində Aqillə birlikdə “Radvan” dəstəsinin (“Hizbullah”ın elit bölmələri – red.) yüksək komandanlığının nümayəndələri də öldürülüb”, - bəyanatda deyilir.
Bizim Telegram kanalımıza abunə olun