IMG-LOGO

Avtobus dərəyə aşdı: 4 HƏRBÇİ ÖLDÜ

20.09.2024 21:40 2 baxış
IMG

Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələrinin dörd əməkdaşı onları daşıyan avtobusun dərəyə aşması nəticəsində həlak olub.

Lent.az xəbər verir ki, bu barədə India Today telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində avtobusda olan daha 28 nəfər yaralanıb.

Qəzanın baş vermə səbəbi açıqlanmayıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Xəbər lenti