IMG-LOGO

"Lənkəran" klubu heyətini amerikalı basketbolçu ilə gücləndirib

20.09.2024 17:57 3 baxış
IMG

“Lənkəran” klubu heyətini ABŞ-dən olan basketbolçu Maykl Rocerslə gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı oyunçu 195 sm boya malikdir.

O, “Feniks Kolleci” və “Okland Universiteti” klublarının formasını geyinib.

Qeyd edək ki, "Lənkəran" bundan əvvəl amerikalılar Qreqori Milton, Ceremi Berrayt və türkiyəli Çınar Çakmakı heyətinə qatıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti