IMG-LOGO

Azərbaycan komandası "Teknofest"də yarışın qalibi olub

19.09.2024 17:10 5 baxış
IMG

Türkiyənin Antalya şəhərində keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qeyd olubub ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən Azərbaycanın "Versetech" komandası "Teknofest 2024"ün final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə 32 komandaya qarşı yarışıb. Yekun nəticələrə əsasən 76.88 xal toplayan Azərbaycan komandası birinci yerə layiq görülüb.

Qeyd edək ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "Teknofest" yarışında bu il 788 161 komandanın 1 630 000 iştirakçısı ilə rekord say qeydə alınıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti