IMG-LOGO

Çempionlar Liqası: “Seltik"dən darmadağın, "Borussiya"dan səfər qələbəsi

19.09.2024 01:01 8 baxış
IMG

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turunun növbəti oyunları keçirilib. 

Lent.az xəbər verir ki, tarixində ilk dəfə turnirdə mübarizə aparan “Bolonya” azarkeşləri önündə “Şaxtyor”u (Donetsk) qəbul edib (0:0).

“Mançester Siti” birinci turda “İnter”i, PSJ isə “Jirona”nı sınağa çəkib. İki matçda ümumilikdə 1 qol vurulub. İngiltərədəki matçdan qol səsi çıxmayıb. PSJ isə 90-cı dəqiqədə arzuladığı qolu vura bilib: 1:0.

 

Xəbər lenti