IMG-LOGO

Şəmkirdə QƏZA: üç nəfər yaralandı

15 Jul 2026 21:51 2 baxış
IMG
0 0

Şəmkirdə iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Şəmkir–Kür qəsəbə avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan VAZ-21012 və "Volkswagen Passat" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

şəmkir qəza

Mənbə: lent.az

Xəbər lenti