"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi ölkə çempionatında heç-heçə edib
18 Sep 2024 23:34
209 baxış
"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Malmö" (İsveç) ölkə çempionatında növbəti oyununa çıxıb.
"Report" xəbər verir ki, XXIII turda "Qais" klubu ilə qarşılaşan şəhərin eyni adlı komandası rəqibi ilə qolsuz bərabərə qalıb.
Hazırda İsveç çempionatında turnir cədvəlinə 50 xalla "Malmö" başçılıq edir.
Qeyd edək ki, "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də Bakıda qarşılaşacaq.
Bizim WhatsApp kanalımıza abunə olun