IMG-LOGO

UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib

18.09.2024 22:45 36 baxış
IMG

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə 2 qarşılaşma keçirilib.

“Report” xəbər verir ki, İtaliyada baş tutan matçda yerli "Bolonya" Ukrayna təmsilçisi "Şaxtyor"la heç-heçə edib - 0:0.

Çexiya klubu "Sparta" isə doğma meydanda Avstiyanın "Zaltsburq" komandasını 3:0 hesabı ilə üstələyib.

Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın şahidi olacaqlar.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

18 sentyabr

I tur

“Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0 “Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0

23:00. “Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya) 23:00. “Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya) 23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) 23:00. PSJ (Fransa) - Jirona (İspaniya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti