IMG-LOGO

Harri Keyn Avropada ən yaxşı penalti zərbəsi yerinə yetirən futbolçudur

18.09.2024 21:17 32 baxış
IMG

İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn 2023-cü ildən bu yana Avropada ən yaxşı penalti zərbəsi yerinə yetirən futbolçu olub.

"Report" "Bild"ə istinadən xəbər verir ki, 31 yaşlı forvard bu müddət ərzində yerinə yetirdiyi 21 zərbənin heç birində hədəfdən yayınmayıb.

O, bu qollardan 13-nü Münhen təmsilçisinin heyətində vurub. Onbirmetrlik cərimə zərbələrini yerinə yetirməkdə 100% göstəriciyə malik digər futbolçu isə "Barselona"nın (İspaniya) hücumçusu Robert Levandovskidir. Lakin polşalı oyunçunun bəxtinə 2023-cü ildən bu yana cəmi 10 penalti düşüb.

Qeyd edək ki, Harri Keyn ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun görüşündə "Dinamo"ya (Zaqreb, Xorvatiya) qarşı vurduğu 5 qolun 3-də penaltidən fərqlənib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti