IMG-LOGO

Dünya çempionatının ən yaxşı futbolçusu öldü

18 Sep 2024 15:13 197 baxış
IMG

İtaliya millisinin sabiq hücumçusu Salvatore Şillaçi 59 yaşında vəfat edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, idman federasiyası ölkə çempionatının növbəti turunun oyunlarından əvvəl Şillaçinin xatirəsinə bir dəqiqəlik sükut elan ediləcəyini açıqlayıb.

1990-cı il dünya çempionatında 17 oyunda 7 qol vuran Şillaçi turnirin ən yaxşı oyunçusu kimi tanınıb. İtaliya komandası həmin il üçüncü yeri tutub.

Mənbə: lent.az

Xəbər lenti