IMG-LOGO

Rəşad Rəsullu: Özbəkistan Cüdo Federasiyası ilə daha konkret addımlar üçün danışıqlar aparılacaq

18.09.2024 14:15 33 baxış
IMG

Bizim məşqçilərin Özbəkistanda təlim keçməsi hələlik gündəmdə deyil, amma yaxın zamanda oradan nümayəndə heyətinin gəlməsi və hər iki cüdo federasiysının strateji inkişaf planı ilə bağlı qarşılıqlı təqdimatlar edilməsi gözlənilir. Eyni zamanda daha konkret addımlar atılması, tədbirlərin həyata keçirilməsi üçün müvafiq müzakirələr aparılacaq.

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Özbəkistan Cüdo Federasiyasının prezidenti Azizjon Komilovla Bakıda görüşü barədə danışarkən deyib.

O, müzakirə mövzusu olan məsələləri açıqlayıb:

"Özbəkistan Cüdo Federasiyasının rəhbərinin səfərinin əsas məqsədi milli komandalar üçün təlim-məşq mərkəzi ilə tanış olmaq idi. Ona ötən il istifadəyə verilmiş təlim-məşq mərkəzi barədə ətraflı məlumat verildi. Daha sonra hər iki ölkənin cüdo federasiyaları arasında qarşılıqlı əməkdaşlıq imkanları, yəni qarşılıqlı təlim-məşq toplanşılarının təşkili, idman tibbi sahəsində əməkdaşlıq, hər iki ölkədə keçirilən beynəlxalq yarışlarda iştirak kimi məsələlər müzakirə olundu. Həmçinin Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsil alacaq Özbəkistan məşqçilərinin seminarlara qatılmaq və imtahan vermələri üçün regional mərkəz statusu almış Azərbaycan Cüdo Federasiyasında iştirak məsələləri müzakirə olundu".

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti