Həm kişi, həm də qadınlardan ibarət Azərbaycan çempionatında 6 komanda yarışacaq.
Bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) icraçı direktoru Vüqar Hüseynzadə deyib
AVF rəsmisi 2024/2025 mövsümünün gözləniləndən daha gec start götürəcəyini söyləyib:
"Yeni mövsümün reqlamenti üzərində işlər tam yekunlaşmayıb. Hər şey həllini tapdıqdan sonra federasiya olaraq mətbuatın qarşısına keçməyi düşünürük. Planlaşdırdığımız görüşdə həm AVF-nin illik hesabatları, həm də yeni mövsümün reqlamenti barədə məlumatlar veriləcək".
V.Hüseynzadə yeni mövsümdə azarkeşləri maraqlı matçlar gözlədiyini bildirib:
"Həm kişi, həm də qadınlardan ibarət Azərbaycan çempionatında 6 komanda yarışacaq. Kişilərin yarışında 2 yeni kollektiv çıxış edəcək. Bütün komandalar, demək olar ki, eyni gücdə olduğundan bizi maraqlı qarşılaşmalar gözləyir".
Qeyd edək ki, AVF-nin mətbuatla hesabat xarakterli görüşü oktyabrın 9-na planlaşdırılıb.
Bizim WhatsApp kanalımıza abunə olun