IMG-LOGO

Keniya Antidopinq Agentliyi fəaliyyətini dayandırıb

18.09.2024 11:13 49 baxış
IMG

Keniya Antidopinq Agentliyi (ADAK) fəaliyyətini dayandırıb.

"Report" "Nation Africa"ya istinadən xəbər verir ki, buna səbəb maliyyə çatışmazlığı olub.

Qurumun sədri Daniel Makduallo maliyyələşdirilmədə kəskin ixtisarlara görə adekvat sınaq keçirmədiklərini söyləyib.

Onun sözlərinə görə, agentliyin büdcəsi 15 dəfə - 298 milyon şillinqdən (2,08 milyon avro) 20 milyon şillinqə (139 min avro) qədər azalıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti