Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov Albaniya təmsilçisi “Byulis”lə transfer olunub.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu 2024/2025 mövsümündə Superliqa komandasının şərəfini qoruyacaq.
"Byulis" Albaniya çempionatının arxada qalan 5 turunda 5 xal toplayaraq 10 komanda arasında 8-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, A.Yunanov son olaraq Azərbaycanda "Kəpəz"in formasını geyinib.
Bizim WhatsApp kanalımıza abunə olun