Bir müddət əvvəl dünyanın ən yaxşı smartfonu seçilən “OnePlus 12” təqdim edilmişdi.
Lent.az xəbər verir ki, smartfona yüksək səviyyəli yeniləmə gəlib.
Bildirilir ki, telefon hazırda təkcə Android sistemləri arasında deyil, həm də prinsipcə ən güclü smartfondur.
Mobil cihaz “Sony”dən yeni LYT-808 əsas sensoru, rekord parlaqlığı 4500 nit olan ekran və bir sıra digər funksiyaları olan “Hasselblad” kameralarını alıb.
Məlumata görə, cihaz batareya rejimində 1,79 gün işləyir və bu, yeni nəsil flaqmanlar arasında rekord göstəricidir. Smartfonun gücü SUPERVOOC S soprosessoru tərəfindən idarə olunur. Batareyanın tam doldurulması 26 dəqiqə çəkir.