IMG-LOGO

Çempionlar Liqası: "Sabah" basketbol komandası İsveç təmsilçisi ilə qarşılaşıb

17.09.2024 19:24 7 baxış
IMG

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun 71:75 (18:15, 19:18, 11:23, 23:19) hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bu nəticənin ardından Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcək.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti