IMG-LOGO

Ticarət mərkəzində insident törədən azərbaycanlılara HÖKM OXUNDU

17 Sep 2024 16:53 359 baxış
IMG

Rusiyanın Yekaterinburq şəhərində ticarət-əyləncə mərkəzində dava salan azərbaycanlılara hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2023-cü il noyabrın 26-da "Qrinviç" ticarət mərkəzinin binasında iki azərbaycanlı - Hüseyn Allahverdiyev və Razi Xəlilov mübahisə zamanı atəş açıblar.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən silah və zorakılıq tətbiq etməklə xuliqanlıq”) ilə cinayət işi açılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər ümumi rejimli islah koloniyasında cəza çəkmək üçün 4 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: lent.az

Xəbər lenti