AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən iki klubu cərimələyib.
"Report" xəbər verir ki, "Araz-Naxçıvan" VI turda "Kəpəz"ə qalib gəldiyi (1:0) matçdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.
"Sumqayıt" isə 700 manat ziyana düşüb. Buna "gənclik şəhəri" təmsilçisinin "Şamaxı"ya uduzduğu (0:1) qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.
"Kimyaçılar" oyunçuların isinmə hərəkətləri zamanı əsasnamə qaydalarının tələblərini pozması ucbatından əlavə 500 manat da ödəməli olacaq.
Bizim Telegram kanalımıza abunə olun