IMG-LOGO

"Bavariya"nın futbolçusu karyerasını PSJ-də davam etdirə bilər

16.09.2024 14:13 34 baxış
IMG

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Yozua Kimmix karyerasını PSJ-də davam etdirə bilər.

"Report" "Sport1"ə istinadən xəbər verir ki, klubun idman direktoru Maks Eberl Fransa klubunun futbolçu ilə maraqlandığını bildirib.

Ancaq "Bavariya" Fransa klubu ilə danışıqlar aparan 29 yaşlı futbolçunu buraxmaq niyyətində deyil. Direktorun sözlərinə görə, klub J.Kimmix və Camal Musialanın komandada qalmasına çalışır.

Qeyd edək ki, yarımmüdafiəçinin "Bavariya" ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Ötən mövsüm o, Münhen təmsilçisinin heyətində meydana çıxdığı bütün turnirlərdə 43 matçda meydanda olub, 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti