IMG-LOGO

Portuqaliya çempionatında azarkeşlərin atdığı şüşə qab futbolçuya tuş gəlib

16.09.2024 11:10 26 baxış
IMG

Portuqaliya çempionatında oyun zamanı azarkeşlərin tribunadan atdığı şüşə qab qonaqların futbolçusu Brunu Qaspara tuş gəlib.

"Report" xəbər verir ki, xoşagəlməz hadisə V turda keçirilən "Braqa" - “Vitoriya Gimaraeş” matçının ikinci hissəsində yaşanıb.

Futbolçu zərbədən sonra yerə yıxılsa da, azarkeşlər ona yad əşyalar atmağa davam ediblər. Bu səbəbdən baş hakim oyunu bir neçə dəqiqə dayandırmalı olub.

Qeyd edək ki, qarşılaşma "Vitoriya Gimaraeş"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti