Azərbaycan badmintonçusu Ülvi Hüseynov Malayziyanın Ravanq şəhərində keçirilən açıq turnirdə uğurlu çıxışla yadda qalıb.
Badminton Federasiyasından "Report"a verilən məlumata görə, o, 18 yaşadək kişi badmintonçuların şəxsi yarışında bürünc medal qazanıb.
Mübarizəyə 1/32 finaldan başlayan badmintonçu yalnız finala gedən yolda turnirin qalibi, yerli idmançı Lai Man Tata 0:2 (22:24, 16:21) hesabı ilə uduzub.
Qeyd edək ki, Ü.Hüseynov 2023-cü ildən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı, mütəmadi olaraq ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edir.
Bizim Telegram kanalımıza abunə olun