IMG-LOGO

"McLaren" Bakıdakı yarışdan sonra Konstruktorlar kubokunda liderliyə yüksəlib

15.09.2024 17:35 25 baxış
IMG

"McLaren" "Formula 1" üzrə Azərbaycan Qran-prisindən sonra Konstruktorlar kubokunda liderliyə yüksəlib.

"Report"un məlumatına görə, bu, komanda üzvlərinin Bakıdakı yarışda 38 xal toplaması sayəsində mümkün olub.

Britaniya təmsilçisinin hazırda 476 xalı var. "McLaren"də Oskar Piastri Qran-prinin qalibi olub, Lando Norris isə 4-cü yeri tutub.

Beşinci sırada yer alan üçqat dünya çempionu Maks Ferstappen "Red Bull"a 10 xal qazandıra bilib. Onun komanda yoldaşı Serxio Peres isə yarışın sonlarında Karlos Saynsla ("Ferrari") birlikdə qəza törədib. "Red Bull" 456 xalla ikinci, "Ferrari" 425 xalla üçüncüdür.

Sürücülərin mübarizəsinə isə Ferstappen (313 xal) başçılıq edir. Norris (254 xal) ikinci, "Ferrari"dən Şarl Lekler (235) üçüncü yerdədir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti