"McLaren" komandası Oskar Piastri heyrətamiz iş gördülər. Bu, layiqli qələbədir.
"Report" xəbər verir ki, bunları "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci yeri tutan "Ferrari" pilotu Şarl Lekler deyib.
26 yaşlı sürücü Bakıdakı yarışın sonlarında bolidin təkərlərində problemlər yarandığını bildirib: "Oskar irəli keçəndə düşündüm ki, onu ötə biləcəyəm. Amma çox çətin oldu. "McLaren" pilotu düz yollarda sürətli idi. İstədiyim qədər yaxınlaşa bilmədim. Müdafiə oluna bilməyəndə məğlubiyyətlə barışırsan. Mən etdiyim səhvlərdən dərs alacağam".
Qeyd edək ki, "McLaren" pilotu Oskar Piastri Azərbaycan Qran-prisinin qalibi olub.
Bizim Telegram kanalımıza abunə olun