IMG-LOGO

Kriştianu Ronaldu virusa yoluxub

15.09.2024 16:05 27 baxış
IMG

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu virusa yoluxub.

"Report" xəbər verir ki, bu barədə "Əl-Nəsr" klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı ön xətt oyunçusu xəstəlik səbəbindən Asiya Çempionlar Liqasının I turunda İraqın "Əl-Şorta" klubu ilə səfər matçını buraxacaq.

Qeyd edək ki, “Əl-Şorta” – “Əl-Nasr” oyunu sentyabrın 16-da Bağdadda keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti