Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb.
"Report"un məlumatına görə, IV turda Monteneqro ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib.
Aydın Süleymanlı - Denis Kadriç 1:0 Nicat Abasov - Nikita Petrov 0,5:0,5 Rauf Məmmədov - Nikola Cukiç 0,5:0,5 Şəhriyar Məmmədyarov - Luka Draskoviç 1:0
Bu qalibiyyət sayəsində yığmamızın aktivindəki xalların sayı 8-ə çatıb.
Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Argentina ilə heç-heçə edib. (2:2)
Bizim Telegram kanalımıza abunə olun