Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Körpücüyə ilk olaraq qadınlar çıxıblar. Onlar həm gənclərdə, həm də böyüklərdə qalibləri müəyyən ediblər.
Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kq) yalnız böyüklərdə, Milena Hüseynli (59 kq) yalnız gənclərdə Azərbaycanın ən yaxşısı adlarını qazanıblar.
Bizim WhatsApp kanalımıza abunə olun