IMG-LOGO

"McLaren" pilotu: Azərbaycan Qranprisində qələbə üçün mübarizə aparmaq şansımız var

14.09.2024 17:59 30 baxış
IMG

Düşünürəm ki, bizim qələbə üçün mübarizə aparmaq şansımız olacaq.

"Report"un məlumatına görə, bunu "McLaren" pilotu Oskar Piastri Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

Sıralama turunda ikinci olan sürücü uzun məsafələrdə yaxşı templərinin olduğunu söyləyib: "Amma qalibiyyət əldə etmək asan olmayacaq".

O, sıralama turunun son dövrəsində sürəti artırdığını diqqətə çatdırıb: "Divarlara daha da yaxınlaşmağa çalışdım. Bu trek belə yanaşmanı mükafatlandırır. İtirəcək heç nəyim yox idi".

Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 15-də baş tutacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti