IMG-LOGO

Yeni tədris ilində Naxçıvandakı orta məktəblərdə 52 mindən çox şagird təhsil alacaq

14 Sep 2024 14:15 233 baxış
IMG

2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, eyni zamanda, 3797 uşaq birinci sinfə gedəcək, 3171 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək. Xatırladaq ki, bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti