IMG-LOGO

Bu il Biləsuvardan 353 nəfər məzun tələbə adını qazanıb

13 Sep 2024 22:12 189 baxış
IMG

Bu il Biləsuvar rayonundan məzunların neçəsinin tələbə adını qazanması məlum olub.

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2023-2024-cü il tədris ilində Biləsuvar məktəblərinin 11-ci sinfini 921 nəfər şagird bitirib. Onlardan 531 nəfəri ali məktəbə sənəd verib və 353 nəfəri tələbə adını qazanıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən Biləsuvar məktəblərini 2023-2024-cü tədris ili üzrə bitirən 12 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti