IMG-LOGO

Naxçıvanda velosipedlərin təhlükəsiz və sərbəst hərəkəti üçün xüsusi keçidlər düzəldilib

11.09.2024 21:19 176 baxış
IMG

Naxçıvan şəhərində velosipedlərin təhlükəsiz və sərbəst hərəkəti üçün xüsusi keçidlər düzəldilib.

"Report"un yerli bürosu xəbər verir ki, "Naxçıvan Abadlıq" MMC tərəfindən davam etdirilən tədbirlər çərçivəsində Naxçıvan şəhərinin Heydər Əliyev prospektində abadlıq işləri görülüb.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin qarşısından Əziz Əliyev küçəsi ilə kəsişən yoladək məsafədə həyata keçirilən abadlıq tədbirləri zamanı piyada səkiləri təmir olunub, velosipedçilərin rahat hərəkəti üçün xüsusi keçidlər təşkil edilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti