IMG-LOGO

Xudatda ana azyaşlı qızını XƏSTƏXANALIQ ETDİ

09 Sep 2024 20:32 154 baxış
IMG

Xaçmaz rayonunun Xudat şəhərində azyaşlı, anası tərəfindən döyülüb.

Lent.az xəbər verir ki, hadisə M. Əbilov küçəsində baş verib. Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə qızı 7 yaşlı Qayıbova Zəhra Camal qızına xəsarətlər yetirib.

Azyaşlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, anası qızını dərslərinə hazırlaşmadığı üçün cəzalandırıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti