IMG-LOGO

"Bavariya"nın qapıçısından “Eurovision” iştirakçısına evlilik təklifi -FOTOLENT

09 Sep 2024 19:45 300 baxış
IMG

"Bavariya"nın və İsrail millisinin qapıçısı Daniel Perets sevgilisinə evlilik təklifi edib. Onun seçdiyi şəxs 2023-cü ildə “Eurovision”da üçüncü yeri tutan israilli müğənni və model Noa Kirel olub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, futbolçu ilə müğənninin münasibəti elə həmin il məlum olub. İndi onlar birlikdə çox vaxt keçirmirlər, amma görünür, məsafə onların xoşbəxt olmasına mane olmur.

Sentyabrın 6-da Perets Hertsliyada Kirelə evlilik təklif etdi. O, diz çökərək ona üzük hədiyyə edib. Qız razılaşıb və sosial şəbəkələrdə "Əbədi" başlığı ilə bir fotoşəkil yayımlayıb.

 

Mənbə: lent.az

Xəbər lenti