IMG-LOGO

Bakıda FACİƏ: Sükan arxasında infarkt keçirən sürücü maşını səkiyə çırpdı, ölən var

09 Sep 2024 19:11 161 baxış
IMG

Bakıda sürücü sükan arxasında infarkt keçirib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Bakı şəhəri sakini 1969-cu il təvəllüdlü Akif Rəhmanov idarə etdiyi "Renault" markalı 99-SB-773 dövlət nömrə nişanlı maşınla hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. Nəticədə avtomobil səkiyə çırpılıb. Xəstəxanaya yerləşdirilən A.Rəhmanov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti