IMG-LOGO

“Futboçular bilir ki, çətinliyimiz olacaq” - Millinin baş məşqçisi

04.09.2024 19:03 10 baxış
IMG

“Futboçular bilir ki, çətinliyimiz olacaq”.

Lent.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçiriləcək Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilk məşqdə komandanın zəif  tərəfləri müzakirə edilib: 

“Oyunçuların texniki olaraq bəzi narazılıqları var idi, bunu müzakirə etdik. Futboçular bilir ki, çətinliyimiz olacaq. Komandadakı istəyi hiss edirəm. Ümumilikdə hamısı normal səviyyədədir. Lakin onları oyun zamanı bir-birinə uyğunlaşdırmalıyıq”.

Xəbər lenti