Rusiyanın Tümen şəhərində müharibə iştirakçısı Ramazan ayında içki içən qardaşını bıçaqlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, müharibə iştirakçısının istədiyi kimi həyat tərzi keçirən və müsəlman adət-ənənələrinə riayət etməyən qardaşı ilə münasibətləri gərgin olub. Qardaşlar məclisdə görüşüb və yenidən mübahisə ediblər.
Təqsirləndirilən şəxs Ramazan ayında spirtli içki içməyin haram olduğunu qardaşına izah etməyə başlayıb. Lakin o, buna cavab olaraq kobudluq edib. Daha sonra cinayətkar qardaşını sinəsindən bıçaqlayıb və onu xəstəxanaya çatdırıb.
Cinayətkar barəsində sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Məhkəmə həmin şəxsin döyüş veteranı olduğunu və hərbi əməliyyatlarda iştirak etdiyini nəzərə alaraq, onu iki il müddətinə şərti azadlıqdan məhrum edilib.