IMG-LOGO

Ərdoğan: Azərbaycanla olduğu kimi, türk cümhuriyyətlərindəki bütün qardaşlarımızla ürəyimiz eyni döyünür

30.08.2024 18:40 101 baxış
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla, eləcə də türk dövlətləri ilə münasibətlərdən danışıb.

"Report" Haberglobal-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin məzuniyyət tədbirində çıxış edib.

"Can Azərbaycanla bir və bərabər olduğumuz kimi, türk cümhuriyyətlərindəki bütün qardaşlarımızla da ürəyimiz eyni döyünür", - deyə o qeyd edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti