IMG-LOGO

Vitse-prezident: Türkiyə yaxın aylarda inflyasiya ilə mübarizədə ciddi nəticələr gözləyir

29.08.2024 16:59 101 baxış
IMG

Türkiyə qarşıdakı aylarda inflyasiya ilə mübarizədə ciddi nəticələr gözləyir.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İşçi Qüvvəsinə Uyğunluq Proqramının Təşviqi Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, bu, asan məsələ deyil: “İnflyasiya ilə mübarizədə nəticənin əldə olunması səy və vaxt tələb edir. Amma inanıram ki, biz buna nail olacağıq”.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti