IMG-LOGO

Türkiyə Misirə F-16 qırıcı təyyarələri göndərəcək

29.08.2024 14:16 100 baxış
IMG

Türkiyə Misirə iki F-16 qırıcı təyyarəsi göndərəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə qırıcıları Misirdə keçiriləcək beynəlxalq aviasiya sərgisində iştirak edəcək.

Qeyd edək ki, sərgi sentyabrın 3-dən 5-dək keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti